...

Bakıda idarəetməni itirən sürücü yolun kənarındakı maneələri dağıdıb (VİDEO)

Hadisə Materials 30 Mart 2012 11:07 (UTC +04:00)
Bakıda idarəetməni itirən sürücü yolun kənarındakı maneələri dağıdıb.
Bakıda idarəetməni itirən sürücü yolun kənarındakı maneələri dağıdıb (VİDEO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda idarəetməni itirən sürücü yolun kənarındakı maneələri dağıdıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov daha öncə Trend-ə bildirib ki, Bakıda bu il martın 10-dək 52 419 sürücü inzibati qaydada cəzalandırılıb.

Cəzalanan sürücülərdən 701-i avtomobili sərxoş, 80-i dövlət nömrə nişansız, 985-i sürücülük vəsiqəsi olmadan, 312-si yüksək sürətlə idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb edilib.

Yolayrıcını keçmə qaydalarını pozan 5140, işıqforun qırmızı işığında keçən 2031, polisin qanuni saxlama əmrinə tabe olmayan 358, qəza şəraiti yaradan 308, ötmə-manevr qaydalarını pozan 242 sürücü inzibati qaydada cəzalanıb.

Ötən müddətdə 74 avtoxuliqan saxlanılıb və cəzalandırılıb.

Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player

Xəbər lenti

Xəbər lenti