...

Qəbələ rayonunda qar uçqununa düşmüş 3 nəfərin axtarışı hələ ki nəticə verməyib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Aprel 2012 11:08 (UTC +04:00)
Azərbaycanın Qəbələ rayonunda qar uçqununa düşmüş 3 nəfərin axtarışı davam etdirilir.
Qəbələ rayonunda qar uçqununa düşmüş 3 nəfərin axtarışı hələ ki nəticə verməyib (ƏLAVƏ OLUNUB)

Qəbələ rayon polis şöbəsinin məlumatı əlavə olunub. İlk xəbər saat 09:57-də yayılıb.

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın Qəbələ rayonunda qar uçqununa düşmüş 3 nəfərin axtarışı davam etdirilir.

Qəbələ rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, Vəndam kənd sakinləri 1992-ci il təvəllüdlü Elvin Kərimov, 1990-cı il təvəllüdlü Nazir Bayramov və 1991-ci il təvəllüdlü Zakir Məmmədov ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.

Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti