...

Bakının mərkəzində zəncirvari qəza baş verib, xəsarət alanlar var

Hadisə Materials 9 Aprel 2012 17:05 (UTC +04:00)
Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.
Bakının mərkəzində zəncirvari qəza baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.

Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, bu gün saat 16:45 radələrində Heydər Əliyev prospektində 10 AS 072 və 10 VO 021 dövlət nömrə nişanlı iki "Prado" və 10 TX 196 nömrə nişanlı "Hyundai Accent" markalı avtomobillər toqquşub. Qəza zamanı "Hyundai Accent" aşıb.

Şahidlər bildirib ki, hadisə zamanı xəsarət alanlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə məlumatı təsdiqləyib və bildirib ki, ilkin məlumata görə, 4 avtomobil toqquşub.

Xəbər lenti

Xəbər lenti