...

Hacıqabulda evə girən oğrunu odlu silahla vurublar

Hadisə Materials 10 Aprel 2012 13:08 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da saat 21 radələrində Hacıqabul rayonu ərazisində Sevda Ələkbərovanın evinə girmiş maskalı naməlum şəxs tüfənglə onu hədələyərək pul və qızıl əşyalarını verməsini tələb edib.
Hacıqabulda evə girən oğrunu odlu silahla vurublar

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Hacıqabulda evə girən oğrunu odlu silahla vurublar.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da saat 21 radələrində Hacıqabul rayonu ərazisində Sevda Ələkbərovanın evinə girmiş maskalı naməlum şəxs tüfənglə onu hədələyərək pul və qızıl əşyalarını verməsini tələb edib.

Səsə-küyə gəlmiş Ələkbərovanın oğlu Bəhram Ələkbərov özünə məxsus tüfənglə həmin şəxsi hədələyərək evdən çıxmasını tələb edib, tabeçilik göstərmədiyindən atəş açaraq onu yaralayıb.

Hadisənin Hacıqabul şəhər sakini Rahil Şahkərəmov tərəfindən törədilməsi müəyyən edilib və o xəstəxanaya yerləşdirilib.
Ondan hadisə zamanı istifadə etdiyi 1 ədəd qundağı kəsilmiş tüfəng götürülüb.

Xəbər lenti

Xəbər lenti