...

Azərbaycanda iki intihar hadisəsi baş verib

Hadisə Materials 13 Aprel 2012 09:25 (UTC +04:00)
Azərbaycanda dünən iki intihar hadisəsi baş verib.
Azərbaycanda iki intihar hadisəsi baş verib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dünən iki intihar hadisəsi baş verib.

Bərdə rayon prokurorluğundən cümə günü Trend-ə bildiriblər ki, aprelin 12-də rayon sakini 1985-ci il təvəllüdlü Günel Hacıyeva yaşadığı Füzuli küçəsi, ev 109 ünvanlı mənzilində özünü asaraq intihar edib.

Gədəbəy rayon prokurorluğundan isə Trend-ə bildiriblər ki, aprelin 12-də rayonun Çalburun kənd sakini 1992-ci il təvəllüdlü Cəfərqulu Quliyev kənd ərazisindəki meşə sahəsində özünü ağacdan asaraq intihar edib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) madəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti