Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda istehsalatda bədbəxt hadisə baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 26-da saat 17:30 radələrində Bakının Nizami rayonu ərazisində, "Kamran Kompleks" MMC-nin emalatxanasında işləyən Sumqayıt şəhər sakini Elçin Cahangirov qaynaq işləri apararkən hündürlükdən yıxılıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda qaynaqçı hündürlükdən yıxılaraq ölüb
Bakıda istehsalatda bədbəxt hadisə baş verib.
