Azərbaycan, Bakı, 2 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda sürücülərin avtomobilləri təhlükəli sürmələri və piyadaların yolu keçərkən ehtiyatsız davranışı insan itkisi ilə nəticələnir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
Statistik məlumatlara əsasən, cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40 faizini, Bakı şəhərində isə 55,2 faizini təşkil edir.
Video Player