Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/
Gədəbəydə mis mədənində yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gədəbəydəki mis mədənində ümumi sahəsi 80 kv.m olan vaqon tipli yataqxananın yanar konstruksiyaları və içərisindəki əşyalar 35 kv.m sahədə yanıb.
Vaqonun qalan hissəsi və yaxınlıqdakı digər vaqonlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Gədəbəydə mis mədənində yanğın olub
Gədəbəydə mis mədənində yanğın olub.
