Azərbaycan, Bakı, 11 may /Trend/
Bakıda 24 yaşlı gənci bıçaqlayaraq qətlə yetirən cinayətkarın şəxsiyyəti müəyyən olub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-da Binəqədi rayonu ərazisində yaşayan Bakı şəhər sakini Seyran Meybullayev münaqişə zəminində Nəriman Məmmədovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Binəqədi RPİ tərəfindən aparılır.