...

Zaqatalada iki yeni zəlzələ baş verib

Hadisə Materials 13 May 2012 06:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 May /Trend/

Bazar gününə keçən gecə Zaqatala rayonunda iki yeni zəlzələ baş verib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, birinci zəlzələ şənbə günü yerli vaxtla saat 23:00-da, Zaqatala rayon mərkəzindən 14 km cənubi-şərqdə qeydə alınıb. 3,5 maqnitudalı zəlzələ episentr ətrafı ərazilərdə 3 bala qədər hiss olunub.

İkinci zəlzələ bazar günü saat 02:10-da rayon mərkəzindən 11 km cənubi-şərqdə baş verib. Maqnitudası 3,8 olan zəlzələ episentr ətrafı ərazilərdə 4-3,5 bala qədər hiss olunub.

Zəlzələrin nəticəsində insan tələfatı yoxdur.

Qeyd edək ki, mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi. Nəticədə Zaqatalada 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir. İnsan ölümü və ciddi xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti