Azərbaycan, Bakı, 15 may /Trend/
Qazaxıstanın Temirtau şəhərində "ArselorMittal Temirtau" iri metallurgiya müəssisəsinin sexlərindən biri yanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Karaqanda bölgəsinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən "Novosti-Kazaxstan" agentliyinə bildiriblər.
"Yanğınsöndürənlər hazırda hadisə yerində işləyirlər. Hələlik yanğını söndürmək mümkün olmayıb", - agentliyin həmsöhbəti deyib.
O bildirib ki, mətbuat xidməti yanğının sahəsi və xəsarət alanlar haqqında məlumata malik deyil.