...

İranda 11 yaşlı uşağı qətlə yetirən şəxs edam olunub

Hadisə Materials 25 May 2012 10:42 (UTC +04:00)
İranın İlam şəhərində 11 yaşlı uşağı oğurlayaraq qətlə yetirən şəxs əhalinin gözü qarşısında edam olunub.
İranda 11 yaşlı uşağı qətlə yetirən şəxs edam olunub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Cəfərov/

İranın İlam şəhərində 11 yaşlı uşağı oğurlayaraq qətlə yetirən şəxs əhalinin gözü qarşısında edam olunub. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi xəbər verir.

Məlumata əsasən, həmin şəxs adam oğurlama və qətlə yetirmə ittihamı ilə edama məhkum olunub. Bu gün səhər yerli vaxtla 05:30-da İlam şəhərinin mərkəzi meydanlarının birində əhalinin gözü qarşısında edam olunub.

Edam olunan şəxs oğurladığı uşağın azadlığa buraxılması üçün onun valideynlərindən 80 min dollardan çox vəsait tələb etmişdi.

Beynəlxalq Amnistiya Təşkilatının məruzəsinə əsasən, 2011-ci ildə İranda ümumilikdə 634 nəfər edam olunub.

Xəbər lenti

Xəbər lenti