...

Azərbaycan iti İzabella 16 kq heroin aşkarlayıb (FOTO-VİDEO)

Hadisə Materials 26 May 2012 10:40 (UTC +04:00)
Keçən gecə Makedoniya-Bolqarıstan arasında Deve Bair sərhəd keçidində Kosovo vətəndaşına aid maşında, dəyəri bir neçə yüz min avroya bərabər olan 16 kiloqram yüksək keyfiyyətli heroin tapılıb.
Azərbaycan iti İzabella 16 kq heroin aşkarlayıb (FOTO-VİDEO)

Azərbaycan, Bakı, 26 may / Trend müxbir M.Əliyev/

Keçən gecə Makedoniya-Bolqarıstan arasında Deve Bair sərhəd keçidində Kosovo vətəndaşına aid maşında, dəyəri bir neçə yüz min avroya bərabər olan 16 kiloqram yüksək keyfiyyətli heroin tapılıb.

Əməliyyat, Narkotiklərin Qanunsuz Ticarəti üzrə İdarənin qüvvələri tərəfindən "Bosfor" əməliyyatı çərçivəsində aparılıb və heroin, Azərbaycandan olan sərhədçilər tərəfindən hədiyyə edilmiş İzabella adlı (koker-spaniel) gömrük iti tərəfindən qoxu vasitəsilə aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gömrük komitəsinin rəsmi saytında yayılan məlumatda bildirilir.

Narkotiklər üzərində həm də Serbiya pasportu olan Kosovo vətəndaşı tərəfindən idarə olunan "Audi A6" markalı avtomobilin təkərlərinin dəmir çənbərlərindən aşkarlanıb. Bu ilk haldır ki, faktiki olaraq hərəkət edən təkərlərdə narkotik aşkarlanır.

Kosovo sakininin əllərinə qandal vurulanda o, heyrətdən donub qalmışdı, belə ki, daşımanın təşkilatçıları və iki qatlı çənbərləri hazırlayan mexaniklər ona zəmanət vermişdilər ki, nə rentgen skaneri, nə də polis itləri narkotikləri tapa bilməz. O, inspektorlardan soruşanda, onlar narkotiklərin sərhəddə diqqətsiz şəkildə xidmətdə olan koker tərəfindən iylənərək aşkarlandığını bildirdilər. "İzabella adlı it həyatımı məhv etdi", Kosovalının dediyi qısa cümlə belə oldu.

Narkotiklər qıf vasitəsilə çənbərlərin iki qatı arasında yerləşdirilmişdi. Çənbərlər daha sonra fırlanan qurğuya yerləşdirilmişdi ki, heroin hər tərəfə eyni bərabərdə yayılsın. Hər təkərdə təxminən 3.5 kq heroin var idi və görünür bunun ticarəti ilə məşğul olanlar onu tozsoranla çıxartmağı düşünürmüşlər.

Daxili İşlər Nazirliyi təsdiq etdi ki, narkotiklər Makedoniya ərazisindən sadəcə tranzit olaraq keçirmiş və son dayanacağı Qərbi Avropa və Skandinaviya narkotik bazarı olacaqmış ki, orada da bunun ticarətçiləri 1.5 milyon avro qazanc əldə edə bilərdilər.

"Bosfor" əməliyyatına 2008-ci ildən başlanılb. Bu günə kimi dəyəri 15 milyon avrodan çox olan 355 kq heroin müsadirə edilmiş, bir neçə daşıma kanallarının qarşısı alınıb və təxminən qırx cinayətkar dəmir barmaqlıqlar arxasına salınıb.

Xəbər lenti

Xəbər lenti