Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/
Samur-Abşeron kanalından kişi meyiti tapılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 29-da Xızı rayonunun Samur-Abşeron kanalının Sitalçay kəndi ərazisindən keçən hissəsində, tanınmaz hala düşmüş 25-30 yaşlı kişi meyiti tapılıb.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xızı rayon polis şöbəsi tərəfindən aparılır.