...

Neftçalada kafedə güclü partlayış baş verib

Hadisə Materials 11 İyun 2012 12:52 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da saat 19:10 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində, qəsəbə sakini Aydın Qurbanova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən ani partlayış baş verib.
Neftçalada kafedə güclü partlayış baş verib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Neftçalada kafedə güclü partlayış baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da saat 19:10 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində, qəsəbə sakini Aydın Qurbanova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə pəncərələrin çərçivələri dağılıb, kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti