...

Qubada bir nəfər bıçaqlanıb

Hadisə Materials 13 İyun 2012 09:54 (UTC +04:00)
Quba rayon prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, hadisə rayonun Rük kəndində baş verib.
Qubada bir nəfər bıçaqlanıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Dünən Qubada bıçaqlanma hadisəsi baş verib.

Quba rayon prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, hadisə rayonun Rük kəndində baş verib.

Kənd sakini Nahid Balayev ərzaq mağazasında mübahisə zamanı Əvəz Xələfovun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub.

Xələfov Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı çinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti