...

Bakıda BMW işıqforda dayanan 4 avtomobili vurdu (VİDEO)

Hadisə Materials 18 İyun 2012 16:24 (UTC +04:00)
Bakının mərkəzində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil işıqforun qırmızı işığında dayanan 4 avtomobili vuraraq zəncirvari qəza törədib.
Bakıda BMW işıqforda dayanan 4 avtomobili vurdu (VİDEO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil işıqforun qırmızı işığında dayanan 4 avtomobili vuraraq zəncirvari qəza törədib.

Qəza zamanı "Mercedes", "VAZ 2106" markalı minik, "Ford" və "Mercedes" markalı iki mikroavtobusa maddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Xəbər lenti

Xəbər lenti