...

Bakı və Lerikdə yol qəzalarında 1 nəfər ölüb, Mingəçevirdə 3 nəfər xəsarət alıb

Hadisə Materials 19 İyun 2012 09:24 (UTC +04:00)
Ötən gün Azərbaycan ərazisindəki avtomobil yollarında 16 yol qəzasında 2 nəfər dünyasını dəyişib, 19 nəfər xəsarət alıb.
Bakı və Lerikdə yol qəzalarında 1 nəfər ölüb, Mingəçevirdə 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ötən gün Azərbaycan ərazisindəki avtomobil yollarında 16 yol qəzasında 2 nəfər dünyasını dəyişib, 19 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ölümlə nəticələnən 2 yol qəzası Bakıda və Lerikdə baş verib.

Belə ki, Suraxanı rayonu ərazisində, Zığ-Hövsan yolunda "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Lerik rayonunda, Lənkəran-Lerik yolunun 36-cı kilometrliyində isə "VAZ 2106" markalı minik avtomobili aşıb və 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Mingəçevir şəhərində, Nərman Nərimanov küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsində "Mercedes" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bütün faktlar üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti