...

Abşeron rayonunda silah-sursat tapılıb

Hadisə Materials 26 İyun 2012 09:57 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib
Abşeron rayonunda silah-sursat tapılıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/

Abşeron rayonunda silah-sursat tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı partlayıcı qurğuları (UZRQM) ilə birlikdə olan 2-ədəd F-1 əl qumbarası və 1 ədəd (PDŞ-3) tüstülədici şaşkadır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 23:00-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti