...

Təbrizdə güclü sel bir neçə nəfərin ölümünə səbəb olub (FOTO)

Hadisə Materials 27 İyun 2012 14:14 (UTC +04:00)
Son bir neçə gün ərzində yağan güclü yağış ötən gün Təbrizdə və ətraf şəhərlərdə daşqınlara səbəb olub.
Təbrizdə güclü sel bir neçə nəfərin ölümünə səbəb olub (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir T.Cəfərov/

Son bir neçə gün ərzində yağan güclü yağış ötən gün Təbrizdə və ətraf şəhərlərdə daşqınlara səbəb olub. Güclü sel əhaliyə külli miqdarda ziyan vurub, bir neçə nəfər itkin düşüb. Bu barədə Trend çərşənbə günü İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, daşqınlar nəticəsində mağazalara, evlərə, elektrik və su xətlərinə ziyan dəyib.

Daşqınlar nəticəsində bir neçə nəfərin həlak olduğu da bildirilir.

Xəbər lenti

Xəbər lenti