Azərbaycan, Bakı, 5 iyul / Trend müxbir K.Zərbalıyeva/
Qusarda 18 yaşlı gənc intihar edib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qusarın İmanqulukənd kənd sakini 1994-cü il təvəllüdlü Marat Mövsümov Habil özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.