...

Yol Polisi Astara və Tovuzda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb

Hadisə Materials 12 İyul 2012 10:00 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi Astara və Tovuzda baş vermiş ağır yol qəzaları ilə bağlı rəsmi məlumat yayıb.
Yol Polisi Astara və Tovuzda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 iyul /Trend müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi İdarəsi Astara və Tovuzda baş vermiş ağır yol qəzaları ilə bağlı rəsmi məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 09:30 radələrində Astara rayonunun Maşxan kəndində, 1988-ci il təvəllüdlü Astara rayon sakini Əmirov Vüqar Məhərrəm oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 10-HB-019 dövlət qeydiyyat nişanlı avtomobillə 1987-ci il təvəllüdlü Astara rayon sakini Rustəmov Elçin Ədalət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 90-AG-472 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ-2106 " markalı avtomobilin sürücüsü Əmirov və həmin avtomobildə olan sərnişin, Astara rayon sakini 2012-ci il təvəllüdlü Hidayətov Ruhan Səməd oğlu hadisə yerində ölüblər.

"Volkswagen" markalı avtomobilin sürücüsü Rustəmov və "VAZ-2106" markalı avtomobilin sərnişinləri, Astara rayon sakinləri, 1985-ci il təvəllüdlü Hidayətova Rufanə İsrafil qızı, 1974-cü il təvəllüdlü Hidayətova Mətanət Oktay qızı, 1957-ci il təvəllüdlü Hidayətova Məsmə İsmayıl qızı, 1974-cü il təvəllüdlü Hidayətov Mehman Ağasən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Həmin gün saat 23:30 radələrində Tovuz rayonu ərazisində 1976-cı il təvəllüdlü Ağstafa rayon sakini Manafov Vüqar İsmayıl oğlunun idarə etdiyi "Mercedes" markalı, 05-BE-535 dövlət qeydiyyat nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Tərtər rayon sakini Vasif İsrafilovun idarə etdiyi "VAZ-2107" markalı, 60-BS-007 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü İsrafilov və həmin avtomobildə olan sərnişin, 1957-ci il təvəllüdlü Tovuz rayon sakini Quliyeva Gülyaz Tapdıq qızı hadisə yarində olüb.

Həmin avtomobildə olan digər sərnişinlər, İsrafilovun qızları - 2008-ci il təvəllüdlü Gunel, 2006-cı il təvəllüdlü Aytac, 1977-ci il təvəllüdlü Məmmədova Ülviyyə, 1987-ci il təvəllüdlü Gədəbəy rayon sakini İspəndiyarova Mətanət xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti