...

Bakıda ötən gecə baş vermiş yol qəzalarında dörd nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Avqust 2012 13:33 (UTC +04:00)
Ötən gecə Bakıda baş vermiş müxtəlif avtomobil qəzalarında iki nəfər ölüb.
Bakıda ötən gecə baş vermiş yol qəzalarında dörd nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/

Ötən gecə Bakıda baş vermiş müxtəlif avtomobil qəzalarında iki nəfər ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, gecə 01:20 radələrində R.Qəmbərov küçəsində Bakı şəhər sakinləri Ceyhun Hacıyevin idarə etdiyi "VAZ-2106" markalı və Mürvət Sadıqovun idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşub. Nəticədə, Hacıyev aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Saat 02:30 radələrində isə Nobel prospektində Bakı şəhər sakini Samir Həsənov "Ford Fokus" markalı avtomobilin idarəetməsini itirərək aşırıb və nəticədə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Avqustun 4-də saat 00.30 radələrində Qaradağ rayonu ərazisində, Gədəbəy rayon sakini Arif Quliyev "VAZ-21063" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sərnişini Çingiz Qasımov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş özü isə orada ölüblər.

Xəbər lenti

Xəbər lenti