Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir K.Zərbalıyeva/
Bazar günü Azərbaycanda 24 yol qəzasında 3 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gün qeydə alınan qəzalardan 3-ü Bakıda ( 1 ölüm, 2 xəsarət) baş verib.
Qəzalardan 8-i piyadaların vurulması, digərləri isə aşma və toqquşma olub.
Ölümlə nəticələnən qəzalar Bərdədə, Bakının Qaradağ və Xətai rayonlarında qeydə alınıb.