Azərbaycan, Bakı, 23 avqust /Trend müxbir K.Zərbalıyeva/
Qax rayon sakinlərinin evindən radikal yönümlü dini təriqətləri təbliğ edən materiallar aşkar edilib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qax rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhərindəki evlərdən birində kirayədə yaşayan Ləkit kənd sakini Zahir Tayubovun evinə baxış zamanı radikal yönümlü dini təriqətləri təbliğ edən 11 ədəd kitab, 21 ədəd broşur, 7 ədəd SD, DVD disklər, 24 ədəd audio və 1 ədəd video kasetlər aşkar edilərək götürülüb.
Digər əməliyyat zamanı isə Zəyəm kənd sakini, əvvəllər məhkum olunmuş Qurban Əsgərovun evinə baxış zamanı radikal yönümlü dini təriqətləri təbliğ edən 9 ədəd kitab, 10 ədəd broşur və müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.