Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda sərnişin qatarı ilə 124 saylı sərnişin avtobusunun toqquşması nəticəsində ölən 6 nəfərin şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev Trend-ə bildirib ki, ölənlər Nəcəfquliyev Tahir Nəcəfqulu oğlu (1965), İsgəndərova Mətanət İsmi qızı (1966), Əliyev Azər Tariyel oğlu (1980), Xəlilov Rəfayel Əlirəhman oğlu (1978), Şahbazov Nizami Muxtar oğlu (1973) və Əliyeva Yaqut Nəriman qızıdır. (1957-ci il)
Avqustun 31-də Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07:25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07:30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 47 nəfər xəsarət alıb.