Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Samux rayonunda avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sentyabrın 14-də saat 22.00 radələrində Samux rayonunun Əhmədbəyli kəndi ərazisində, kənd sakini Azay Kərimov "VAZ-2101" markalı avtomaşını idarə edərkən onu aşırıb.
Nəticədə sərnişinlərindən - arvadı Qərənfil hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişininə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.