...

Azərbaycanda həbsxanada ölüm hadisəsi baş verib

Hadisə Materials 20 Sentyabr 2012 09:45 (UTC +04:00)
Azərbaycanda həbsxanada ölüm hadisəsi baş verib. Bu barədə Trend-ə Binəqədi rayon prokurorluğundan bildirilib.
Azərbaycanda həbsxanada ölüm hadisəsi baş verib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda həbsxanada ölüm hadisəsi baş verib. Bu barədə Trend-ə Binəqədi rayon prokurorluğundan bildirilib.

Məlumata görə, hadisə ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, 1961-ci il təvəllüdlü Kərimov Rövşən Camal oğlu qəfildən dünyasını dəyişib. İlkin ehtimala görə, məhkumun ölümünə ürək çatışmazlığı səbəb olub.

Qeyd edək ki, Kərimov 2011-ci ildə zorlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti