...

Şəmkir sakini həyat yoldaşının üstündən bir neçə dəfə avtomobillə keçərək xüsusi amansızlıqla qətlə yetirib

Hadisə Materials 26 Sentyabr 2012 09:33 (UTC +04:00)
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Şəmkirin Şiştəpə kənd sakini, 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Bəsti Məmmədovanı “Mazda” markalı avtomobilinə mindirərək kənddən kənar bir əraziyə aparıb.
Şəmkir sakini həyat yoldaşının üstündən bir neçə dəfə avtomobillə keçərək xüsusi amansızlıqla qətlə yetirib

Azərbaycan, Bakı,26 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Şəmkir sakini həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Şəmkirin Şiştəpə kənd sakini, 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Bəsti Məmmədovanı "Mazda" markalı avtomobilinə mindirərək kənddən kənar bir əraziyə aparıb.

Əvvəlcə həyat yoldaşını döyərn Məmmədov sonra onun üstündən bir neçə dəfə avtomobillə keçib və onu öldürüb.

Məmmədov saxlanılıb.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti