Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün səhər saatlarında Bakıda, Babək prospektində zəncirvari qəza olub, yolda tıxac yaranıb.
Şahidlərin Trend-ə verdikləri məlumata görə, "Azpetrol" yanacaqdoldurma məntəqəsinin qarşısında "Toyota Prado", "Volkswagen", "Opel" və " Mercedes" markalı minik avtomobilləri toqquşub.
Şahidlərin bildirdiklərinə görə, hadisə zamanı xəsarət alanlar olub.
Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, həmin yolda 4 avtomobil toqquşub. Qəza zamanı ölən olmayıb. Xəsarət alanların sayı barədə hələlik idarədə dəqiq məlumat yoxdur.