...

İsmayıllıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Hadisə Materials 3 Oktyabr 2012 11:49 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı şəhərində "VAZ" markalı iki minik avtomobili toqquşub.
İsmayıllıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

İsmayıllıda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı şəhərində "VAZ" markalı iki minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin sürücüsü və 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti