Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Salyan sakini saxta əskinaz satarkən tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini Vilayət Nağıyev 38 ədəd 100 və 6 ədəd 50 manatlıq saxta əskinazları satarkən tutulub.
Nağıyevin evinə baxış zamanı əlavə 8 ədəd 100 və 2 ədəd 50 manatlıq saxta əskinazlar aşkar edilərək götürülüb.