...

İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib

Hadisə Materials 7 Oktyabr 2012 23:51 (UTC +04:00)
Bu gün günortadan sonra İranın Ərdəbil əyalətində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün günortadan sonra İranın Ərdəbil əyalətində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

Zəlzələ Azərbaycanla sərhəd zonada yerləşən Parsabad şəhərində də hiss olunub. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.Zəlzələdən sonra həmin bölgədə bir neçə dəfə də yeraltı təkanlar qeydə alınıb. Fövqəladə vəziyyət elan olunub və xilas edicilər kəndlərə göndəriliblər.

İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, zəif zəlzələlər ölkədə, demək olar ki, hər gün baş verir.

Bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Son illər ərzində ən dağıdıcı hadisə 2003-cü ildə Bam şəhəri yaxınlığında zəlzələ olub, o zaman 26 mindən artıq insan həlak olub, bir neçə yüz min adam evsiz qalıb.

Tehran Universitetinin Geofizika İnstitutu nəzdində Seysmoloji Mərkəz zəlzələnin mərkəzinin Azərbaycanın Şamaxı şəhəri olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti