...

Türkiyə XİN: Ermənistan təyyarəsi yoxlanış üçün məcburi endirilib

Hadisə Materials 15 Oktyabr 2012 14:23 (UTC +04:00)
Ermənistan təyyarəsinin Türkiyədə məcburi endirilməsi yoxlanış üçün həyata keçirilib.
Türkiyə XİN: Ermənistan təyyarəsi yoxlanış üçün məcburi endirilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Ermənistan təyyarəsinin Türkiyədə məcburi endirilməsi yoxlanış üçün həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən "Sabah" qəzetinə bildirilib.

Türkiyə hakimiyyəti bu gün Ermənistan təyyarəsini Ərzurum aeroportuna enməyə məcbur edib. Məlumata görə, hazırda təyyarənin yük yerində axtarış aparılır.

Türkiyənin NTV telekanalının məlumatına görə, təyyarə Suriyanın Hələb şəhərinə istiqamət alıbmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti