...

Bakıda "yol terroru"ndan görüntülər (VİDEO)

Hadisə Materials 23 Oktyabr 2012 16:55 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, cari ilin 9 ayında qeydə alınan qayda pozuntularının 32 585-i yolayrıcını keçmə qaydalarının, 1571-i ötmə, manevr etmə qaydalarının pozulması, 10 798-i işıqforun qırmızı işığında keçmə, 3276-sı sürət həddinin aşılması, 3345-i avtomobilin sərxoş, 283-ü dövlət nömrə nişansız, 5036-sı sürücülük vəsiqəsi olmadan idarə edilməsi, 84 034-ü isə pərdə, plyonkalı vəziyyətdə idarə olunması ilə bağlıdır.
Bakıda "yol terroru"ndan görüntülər (VİDEO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Bakıda sürücülər tərəfindən 273 533 yol hərəkəti qaydalarının pozulması faktı qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, cari ilin 9 ayında qeydə alınan qayda pozuntularının 32 585-i yolayrıcını keçmə qaydalarının, 1571-i ötmə, manevr etmə qaydalarının pozulması, 10 798-i işıqforun qırmızı işığında keçmə, 3276-sı sürət həddinin aşılması, 3345-i avtomobilin sərxoş, 283-ü dövlət nömrə nişansız, 5036-sı sürücülük vəsiqəsi olmadan idarə edilməsi, 84 034-ü isə pərdə, plyonkalı vəziyyətdə idarə olunması ilə bağlıdır.

1457 sürücü qəza şəraiti yaratdığı, 1039-u polisə tabe olmadığı üçün saxlanılıb.

Sərnişindaşıma qaydalarının pozulması səbəbindən 1726, avtoxuliqanlıq edən 267 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Hesabat dövründə 1450 piyada yol hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub və cərimələnib.

Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti