...

Bakının dərdi var...

Hadisə Materials 5 Noyabr 2012 16:19 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qəzalarda 274 nəfər ölüb, 1048 nəfər xəsarət alıb.
Bakının dərdi var...

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 10 ayında Bakıda 932 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qəzalarda 274 nəfər ölüb, 1048 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 10 ayında yol qəzalarının sayı 75 fakt, ölənlərin sayı 38 nəfər azalsa da, xəsarət alanların sayı 55 nəfər çoxalıb.

Qəzalar daha çox sürət həddinin aşılması (281 hadisə, 117 ölüm, 253 xəsarət), ötmə-manevr qaydalarının pozulması (120 hadisə, 41 ölüm, 183 xəsarət) və yolayrıcını keçmə qaydalarının pozulması (76 hadisə, 19 ölüm, 93 xəsarət) səbəblərindən baş verib.

Ötən dövrdə şagirdlərin iştirakı ilə 68 yol qəzası baş verib, nəticədə 11 nəfər ölüb, 63 nəfər xəsarət alıb.

Bakıda avtobus sürücüləri tərəfindən törədilmiş 59 yol qəzasında isə 35 nəfər ölüb, 101 nəfər xəsarət alıb. Piyadaların yol hərəkətı qaydalarını pozması nəticəsində 71 yol qəzası baş verib, nəticədə 18 nəfər ölüb, 63 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti