Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sabirabadda 55 yaşlı kişi özünü yandırıb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Sabirabadın Xəlfəli kənd sakini 1957-ci il təvəllüdlü Balamirzə Namazov özünü yandıraraq intihar edib. İntiharın səbəbi barədə hələlik məlumat verilmir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.