...

Suriyada Türkiyə ilə sərhədin yaxınlığında güclü partlayış baş verib

Hadisə Materials 12 Noyabr 2012 12:48 (UTC +04:00)
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Rasulayn şəhərində güclü partlayış baş verib.
Suriyada Türkiyə ilə sərhədin yaxınlığında güclü partlayış baş verib

Azərbaycan, Bakı, 12 noyabr / Trend, müxbir A.Tağıyeva /

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Rasulayn şəhərində güclü partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Məlumata görə, hökumətin HHQ-nin helikopterləri Azad Suriya Ordusunun nəzarəti altında olan Rasulaynı atəşə tutub. Hələlik tələfat barədə məlumat verilmir.

Aviazərbələr zamanı Suriya ilə sərhəddəki Şanlıurfa vilayətinin Ceylanpınar rayonunun sakinləri başqa rayonlara təxliyə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti