Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Türkiyə vətəndaşı döyülüb.
Binəqədi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 1974-cü il təvəllüdlü Türkiyə vətəndaşı Qarabulud Mustafa 5-ci polis bölməsinə müraciət edərək bildirib ki, noyabrın 11-də saat 18:40 radələrinə işlədiyi 7-ci mikrorayon, S.Axundov küçəsi 1a ünvanında yerləşən "Aslan" un məmulatları mağazasına müştəri qismində daxil olan 45 yaşlı şəxs onu təhqir edib, yumruqla vuraraq xəsarət yetirib.
Onun şikayət ərizəsi əsasında İdarə tərəfindən araşdırmalara başlanılıb.