...

FHN: Bakıda restoran yanıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 21 Noyabr 2012 13:18 (UTC +04:00)
Bakının Yasamal rayonu, Ələskər Ələkbərov küçəsində yerləşən "Balıq Evi" restoranında yanğın baş verib.
FHN: Bakıda restoran yanıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakının Yasamal rayonu, Ələskər Ələkbərov küçəsində yerləşən "Balıq Evi" restoranında yanğın baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın restoranın tavan hissəsini əhatə edib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb, alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyi "Balıq Evi" restoranında baş verən yanğınla bağlı məlumat yayıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan "Balıq evi" restoranının mətbəxində lambirdən ibarət tavan 7 kv.m sahədə yanıb.

Restoranın 2 nəfər işçisi yanıq xəsarətləri almış və xəstəxanaya aparılıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti