...

Bakıda çayxanada qumarxana aşkar edilib

Hadisə Materials 26 Noyabr 2012 13:02 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda çayxanada qumarxana aşkar edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda çayxanada qumarxana aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Zahid Xəlilov küçəsindəki "Maximum" çayxanasında şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quliyevin qanunsuz idman mərc oyunları təşkil etməsi müəyyən edilib.

Çayxanaya baxış zamanı 2 dəst kompyuter, 1 ədəd kuponların qeydiyyatı üçün üzərinə "Maximum FK099" yazılmış ştamp, 3 ədəd 73 manat dəyərində uduş kuponu və 325 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti