...

Dənizkənarı Bulvarın ərazisində bir qadın batmaq təhlükəsi ilə üzləşib

Hadisə Materials 26 Noyabr 2012 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bakıda Dənizkənarı Bulvarın ərazisində bir nəfər batmaq təhlükəsi ilə üzləşib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

FHN Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində bir nəfər qadın dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti