...

İrandan qaçaqmal yolu ilə narkotik keçirməyə cəhd edən Azərbaycan vətəndaşları saxlanılıb

Hadisə Materials 5 Dekabr 2012 17:15 (UTC +04:00)
İrandan qaçaqmal yolu ilə narkotik keçirməyə cəhd edən Azərbaycan vətəndaşları saxlanılıb.
İrandan qaçaqmal yolu ilə narkotik keçirməyə cəhd edən Azərbaycan vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

İrandan qaçaqmal yolu ilə narkotik keçirməyə cəhd edən Azərbaycan vətəndaşları saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərov üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 48,201 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn Kamil Paşayevin üzərində şəxsi yoxlama zamanı ondan gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd bükümdə xalis çəkisi 0,276 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti