Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Astarada 22 yaşlı gənc 52 yaşlı kişini bıçaqla qətlə yetirib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, S.Vurğun küçəsi, ev 97 ünvanında 1960-cı il təvəllüdlü Nazim Hümbətov bıçaqlanıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Araşdırma nəticəsində məlum olub ki, 1990-cı il təvəllüdlü Elmar Məmmədov aralarında yaranan mübahisə zəminində Hümbətovun ürəyindən və bədəninin müxtəlif hissələrindən çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.
Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.