Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Fövqəladə Hallar Nazirliyi Bakıda çörəkbişirmə sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Müəyyən olunub ki, vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan çörəkbişirmə sexinin qazanxanasında partlayış olub, sex və ona bitişik tikili zədələnib. 1 nəfər - 1978-ci il təvəllüdlü Xalidə Yunis qızı Ələsgərova ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alan şəxslər xəstəxanaya aparılıb. Yanğın hadisəsi olmayıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.