Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Gəncədə mənzildə qadın meyiti tapılıb. Bu barədə FHN-ni rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin giriş qapısını bayır tərəfdən açaraq mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən Elmira Kazım qızı Əliyeva hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Əliyevanın vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir.
Gəncədə mənzildə qadın meyiti tapılıb
Gəncədə mənzildə qadın meyiti tapılıb. Bu barədə FHN-ni rəsmi saytında məlumat verilib.