...

Sumqayıtda 8 nəfər sel sularından xilas edilib

Hadisə Materials 20 Dekabr 2012 01:24 (UTC +04:00)
Sumqayıtda 8 nəfər sel sularından xilas edilib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Sumqayıtda 8 nəfər sel sularından xilas edilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Sumqayıtda 8 nəfər sel sularından xilas edilib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində sel suları səbəbdən bir neçə fərdi yaşayış evləri və onların həyətyanı sahələri su ilə dolmuş, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regionlal Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri göstərilən ünvana cəlb olunmuş, müvafiq qurumlar məlumatlandırılmışdır.

Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 8 sakin xilas edilmişdir. Əməliyyat saat 23.35-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti