...

Qubada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Hadisə Materials 27 Dekabr 2012 09:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Qubada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb və sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Əməliyyat saat 06:58-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti