Azərbaycan, Bakı, 2 yanvar /Trend/
Şəki və Xaçmazda yanğın hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin çardağının yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xaçmaz şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 110 kv.m olan ikimərtəbəli səkkiz otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası və ev əşyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.