...

Azərbaycanda məscidin nəzir qutusundan pul oğurlamaq istəyənlər saxlanılıb

Hadisə Materials 3 Yanvar 2013 16:22 (UTC +04:00)
Qobustan qəsəbəsində məscidin nəzir qutusundan pul oğurlamağa cəhd göstərmiş üç nəfər saxlanılıb.
Azərbaycanda məscidin nəzir qutusundan pul oğurlamaq istəyənlər saxlanılıb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir M.Əliyev/

Qobustan qəsəbəsində məscidin nəzir qutusundan pul oğurlamağa cəhd göstərmiş üç nəfər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Qobustan qəsəbəsinin ərazisindəki məscidin nəzir qutusundan 67 manatı oğurlamağa cəhd göstərmiş Ələt qəsəbə sakinləri Tural Piriyev, Səbuhi İsmayılov və Cəmaləddin Mirzəyev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti